Azərbaycanın dahi şairi Nəsiminin Hələbdəki məzarının son durumu

Azərbaycanın dahi şairi Nəsiminin Hələbdəki məzarının son durumu
  • 17-12-2019, 12:38
  • 18 dəfə oxunub
Reklam

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkədə “Nəsimi ili” elan olunub və Azərbaycanın böyük şairi və mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir.

Mədəniyyət Nazirliyindən "İqtisad.Org"a verilən məlumata görə, yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.

İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov (Əzim) 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. Fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

Orxan Əzimov bildirir ki, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqrafın sözlərinə görə, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin fotomüxbirinin Hələb şəhərinə səfəri zamanı “Nəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin Mədəniyyət Nazirliyi tərəfindən yaxın günlərdə sərgisi təşkil ediləcək.


Azərbaycanın dahi şairi Nəsiminin Hələbdəki məzarının son durumu

Azərbaycanın dahi şairi Nəsiminin Hələbdəki məzarının son durumu

Azərbaycanın dahi şairi Nəsiminin Hələbdəki məzarının son durumu

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydıBərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıbAzərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandıBakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildiRəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlibAzərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaqƏrdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"Azərbaycan buğda idxalını 2 dəfədən çox azaldıbErmənistanda referenduma 7 milyon dollar xərclənəcəkTürkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbAli Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıbAzərbaycanda valyuta rejimi liberallaşdırıldıDTX: Neftçalada vəzifəli şəxslər tutulubVidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılırPA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHIXəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaqPrezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHIƏn çox bu rayonların polisindən şikayət var - SİYAHIBu il Azərbaycanda QAZ markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilirTanınmış bəstəkara BDU-da vəzifə verildiDünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır