Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? - SİYAHI

Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? - SİYAHI
  • 21-12-2019, 14:09
  • 11 dəfə oxunub
Reklam

Nazirlər Kabineti (NK) “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiq edib.

"İqtisad.Org" xəbər verir ki, Baş Nazir Əli Əsədov Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb. Belə ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Beynəlxalq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?

"İqtisad.Org" bildirir ki, NK-nın qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində:

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə

- buğda;

- arpa;

- qarğıdalı;

- kartof;

- şəkər çuğunduru.

İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə

- portağal;

- limon;

- naringi;

- çay;

- tütün;

- çəltik;

- üzüm;

- fındıq;

- pambıq.

Heyvandarlıq sahəsində

Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -

- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar

Suda yetişdirilən məhsullar üzrə

Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə

-Balıqların sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması

-İnvestisiya risqlərini azaldacaq;

-Fermerlərin himayəsini gücləndirəcək;

-İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;

-Məşğulluğa müsbət təsir edəcək;

-Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;

-Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;

-Ərzaq təhlükəsizliyinə töhfə verəcək

-Sığorta bazarını gücləndirəcək


Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? - SİYAHI

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
XİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirGüclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılırBakıda evdən 12 000 manat aparıldıAzərbaycan tütün idxal və ixracını 50%-dən çox azaldıb"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladıVaqif Əsədovun bölməsində yeni təyinat“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılıbBaşqırdıstandan Azərbaycana taxılla yüklənmiş qatar göndərildiƏrdoğan bu gün Azərbaycana gəlirDövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMANAzərbaycan əsgəri şəhid olubSalyan rayonunda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anadan olmasının 156-cı ildönümü münasibətilə tədbir keçirilmişdir