Azərbaycanda minik avtomobillərinin istehsalı 2,6 dəfə artıb

Azərbaycanda minik avtomobillərinin istehsalı 2,6 dəfə artıb
  • 21-12-2019, 14:09
  • 49 dəfə oxunub
Reklam

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln manatlıq məhsul istehsal edilib.

İqtisad.Org”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.

Dövr ərzində 901 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 323 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayı ərzində ölkədə 2 072 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 422 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda ştanqlı quyu nasoslarının istehsalı 56,2%, fəvvarə armaturunun istehsalı 36,1%, mancanaq dəzgahlarının istehsalı 24,1% artıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək