Bu il Ceyhandan 231 mln. barel BTC nefti ixrac edilib

Bu il Ceyhandan 231 mln. barel BTC nefti ixrac edilib
  • 29-12-2019, 00:24
  • 11 dəfə oxunub
Reklam

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 230,790 mln. barel xam neft nəql edib.

İqtisad.Org” xəbər verir ki, bu həcmdə xam neft 293 tankerə yüklənilərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,358 mlrd. barel neft 4 378 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.


Bu il Ceyhandan 231 mln. barel BTC nefti ixrac edilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: