Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
  • 27-12-2019, 11:54
  • 444 dəfə oxunub
Reklam

Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

''İqtisad.Org'' xəbər verir ki, iclas Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.

Ə.Qarayev iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, Nazirliyin 2019-cu il ərzində gördüyü işlər haqqında hesabatın dərc olunduğunu bildirib: "Kollegiyanın iclasında 5 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinin və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə tədris hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018 ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və nəhayət 2020-ci ilin birinci yarısının planının təsdiqi üzrə məruzələr dinləniləcək".

Sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov qurumun tədbirlər planına uyğun olaraq Nəsiminin 650, Cəfər Cabbarlının 120 illiyi bağlı gördüyü işlərlə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir təşkil olunub.


Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı