Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin siyahısı açıqlanıb

Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin siyahısı açıqlanıb
  • 29-12-2019, 00:24
  • 26 dəfə oxunub
Reklam

2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 18,3 mlrd ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2% artıb.

İqtisad.Org” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

Hesabatda deyilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 781 mln ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln ABŞ dolları və ya 16% artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln, Türkiyəyə 363,3 mln, İsveçrəyə 164 mln, Gürcüstana 150,6 mln və Ukraynaya 46,3 mln ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29% və Ukraynaya 27% artıb.

2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 mln, plastmas və onlardan hazırlanan məmulatların ixracı 168,1 mln, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 mln, pambıq lifi ixracı 108,8 mln, kimya sənayesi məhsullarının ixracı 95,5 mln, elektrik enerjisinin ixracı 76 mln, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 mln, şəkər ixracı 26,4 mln, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 mln ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54%, pambıq lifinin ixracı 53%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 52%, kimya sənayesi məhsullarının ixracı 30%, pambıq ipliyinin ixracı 28%, elektrik enerjisi ixracı 17%, şəkər ixracı 14%, alüminium və ondan hazırlanan məmulatların ixracı 11%, meyvə-tərəvəzin ixracı 9% artıb.

2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 mln ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 mln ABŞ dolları və ya 15% artıb. Bu ilin noyabr ayında qeyri-neft-qaz məhsulları ən çox Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.


Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin siyahısı açıqlanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək