ADB Azərbaycanın aqrar sahədə mövcud olan problemlərini açıqlayıb

ADB Azərbaycanın aqrar sahədə mövcud olan problemlərini açıqlayıb
  • 8-01-2020, 20:43
  • 8 dəfə oxunub
Reklam

“Azərbaycanda kənd təsərrüfatı potensialından maksimum istifadə etməyə mane olan bəzi problemlər həssas olaraq qalır”.

İqtisad.Org” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Beynəlxalq Ərzaq Siyasəti üzrə Araşdırmalar İnstitununun “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin kənd təsərrüfatının inkişafı tendensiyaları: çağırışlar və imkanlar” adlı icmalında bildirilir.

Məlumata görə, ölkənin kənd təsərrüfatı potensialından maksimum istifadə etməyə zəif və inkişaf etməmiş suvarma infrastrukturu mane olur. Bununla yanaşı, fermerlər əkinçilik texnikalarının təkmilləşdirilməsi üçün lazımi təlim və təhsillərə malik deyillər. Bundan əlavə, ölkə iqlim dəyişikliyi təsirlərinə, xüsusilə də bölgədə artan daşqın və quraqlıq problemi ilə çox həssasdır. Kənd təsərrüfatı sahəsində tədqiqatların aparılmasına ayrılan maliyyə vəsaiti çox azdır.

Xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1% artım qeydə alınıb. Həmçinin, ötən ilin mühüm göstəricilərindən biri Azərbaycanda 3,2 milyon ton taxıl yığılmasıdır. Bunun 2,3 milyon tonu ərzaq buğdası oldu. Barama istehsalının həcmi isə 634 ton təşkil edib, bu isə son 21 ilin rekordu qeydə alınması idi. Pambıq yığımının həcmi isə 295 min ton təşkil edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək