Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcək

Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcək
  • 8-01-2020, 20:54
  • 13 dəfə oxunub
Reklam

Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər.

Bu barədə "İqtisad.Org"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə, verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.azportalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini elan etməlidir. Elektron sistemə keçidin sürətlə təmin edilməsi və fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün Aqrar Subsidiya Şurası 2020-ci ilin bitkilər və regionlara görə əkin, məhsul və toxum subsidiya əmsallarını, toxum və ting kvotalarını 2019-cu ilin sentyabrında elan edib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

Qeyd edək ki, hazırda EKTİS-də 450 000-dək fermer qeydiyyatdan keçib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır