“BP-Azerbaijan”ın vitse-prezidenti: “Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir”

“BP-Azerbaijan”ın vitse-prezidenti: “Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir”
  • 14-01-2020, 14:18
  • 14 dəfə oxunub
Reklam

“Xəzərin geologiyası sahəsində böyük mütəxəssis və ünlü alim akademik Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz bir şərəfdir”.

Bunu “İqtisad.Org”a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Azərbaycanda apardığımız bütün işlərdə onun bizə qayğısını və dəstəyini daim hiss etmişik. O, öz inanılmaz bilikləri və əfsanəvi təcrübəsini bizimlə hər zaman səxavətlə bölüşüb və bu da 27 il ərzində Azərbaycanda birgə həyata keçirdiyimiz işlərin uğurlu olması üçün əvəzsiz töhfə olub. Akademik Yusifzadənin “uğurlu kəşfiyyat fəhmi” bizi illər boyunca ən düzgün yerdə düzgün laylarda qazma işləri aparmaq üçün düzgün qərarlar verməyə istiqamətləndirib. Xoşbəxt müəllim kimi Xəzərin əsl geoloji-kəşfiyyat qrossmeysterindən öyrənmək bizim üçün böyük şərəfdir”,- B.Aslanbəyli deyib.

Bəxtiyar Aslanbəyli:

"Xoşbəxt müəllim kimi Xəzərin əsl geoloji-kəşfiyyat qrossmeysterindən öyrənmək bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, bu gün Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.

Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyevötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. O, "İstiqlal", “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib.

Ötən gün isə Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


“BP-Azerbaijan”ın vitse-prezidenti: “Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir”

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb