Azərbaycanlı fermerlər ötən il texnikanın 3/4-nü özəl şirkətlərdən alıb

Azərbaycanlı fermerlər ötən il texnikanın 3/4-nü özəl şirkətlərdən alıb
  • 14-01-2020, 14:31
  • 14 dəfə oxunub
Reklam

“2019-cu il aqrar sahədə həyata keçirilən islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının əsaslı artımı ilə səciyyələnir”.

İqtisad.Org” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“İslahatlarla bağlı, ilk növbədə, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilmiş islahat nəticəsində bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə tətbiq edilir. Ötən il fermerlərə satılan 4 117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərimizə satılıb. O cümlədən tapşırığınıza uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq prinsipi əsasında qurub və bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri artıq formalaşdırılıb və bu mərkəzlərdə fermerlərimizə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmət göstərilir”, - deyə o, qeyd edib.

“Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tərəfinizdən tamamilə yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını etmişlər və hazırda gübrə, pestisid və toxum təchizatçıları qeydiyyatdan keçməkdədir, o cümlədən heyvandarlıq sahəsində subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və süni mayalanma ekspertlərinin qeydiyyatı həyata keçirilməkdədir. 2020-ci ildə Sizin tapşırığınıza əsasən elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaq”, - deyə İ.Kərimov əlavə edib.


Azərbaycanlı fermerlər ötən il texnikanın 3/4-nü özəl şirkətlərdən alıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək