SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib

SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib
  • 17-01-2020, 00:31
  • 7 dəfə oxunub
Reklam

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib.

İqtisad.Org” xəbər verir ki, bu barədə şirkətin 2019-cu il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, şirkət neft və qaz hasilatını sabitləşdirməyə nail olub.
Ölkə üzrə ümumi qaz hasilatı əvvəlki illə müqayisədə təqribən 17% artaraq, 35,6 mlrd. kubmetrə çatıb. İl ərzində ölkədə 37,5 mln. ton xam neft hasil edilib.

“SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil olmaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında müşahidə olunur”,- məlumatda qeyd edilib.


SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydıBərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıbAzərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandıBakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildiRəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlibAzərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaqƏrdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"Azərbaycan buğda idxalını 2 dəfədən çox azaldıbErmənistanda referenduma 7 milyon dollar xərclənəcəkTürkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbAli Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıbAzərbaycanda valyuta rejimi liberallaşdırıldıDTX: Neftçalada vəzifəli şəxslər tutulubVidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılırPA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHIXəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaqPrezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHIƏn çox bu rayonların polisindən şikayət var - SİYAHIBu il Azərbaycanda QAZ markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilirTanınmış bəstəkara BDU-da vəzifə verildiDünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır