IEA neftə qlobal tələbatın artım proqnozunu 1,2 milyon barel səviyyəsində saxlayıb

IEA neftə qlobal tələbatın artım proqnozunu 1,2 milyon barel səviyyəsində saxlayıb
  • 17-01-2020, 00:45
  • 134 dəfə oxunub
Reklam

2020-ci ildə dünyada neftə tələbat gündəlik olaraq 101,5 mln. barel təşkil edəcək.

İqtisad.Org”un “İnterfax”a istinadən verdiyi məlumata görə, Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün neftə tələbatın artım proqnozunu gündəlik 1,2 mln. barel səviyyəsində saxlayıb.

IEA hesabtında qeyd edir ki, dünyada neftə olan tələbat illik nisbətdə 955 min barel artaraq oktyabr ayında 101.1 mln. barelə çatıb ki, bununla bağlı tam məlumat mövcuddur. "Bu, aprel ayından bəri ən sürətli illik artım tempi idi və iyul ayından bəri müşahidə olunan sürətlənməni təsdiqləyir", - hesabatda bildirilir.

Əvvəlki aylarda olduğu kimi, tələbin artmasının əsas hissəsi Çin (+720 min b/g), Səudiyyə Ərəbistanı (+290 min b/g) və Braziliya (+125 min b/g) kimi ölkələrin payına düşüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində isə gündəlik tələbat 425 min barel olub. Bu həcm Hindistanda sabit qalıb.

2019-cu ilin noyabr ayı üçün son məlumatlar daha əvvəlki aya nisbətən 2,9 mln. barel azalma nümayiş etdirib. Oktyabrda bu rəqəm 2,912 mlrd. barel olub ki, bu da 4,3 mln. barel fərqlə ehtiyatların orta beş illik dəyərinə uyğundur. Noyabrın sonunda ümumi ehtiyatlar orta beşillik səviyyəni 8,9 mln. barel üstələyib.


IEA neftə qlobal tələbatın artım proqnozunu 1,2 milyon barel səviyyəsində saxlayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkAvrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindiribVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniyaPAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır“Azsığorta”dan oğurluq olubŞamaxının icra başçısı açıqlama verdiBölgələrdə şimşək çaxıb, yağış yağıbİlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edildiŞamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİYeni "iPhone"ların satış qiymətləri açıqlandıQurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndəribKoronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıbBiləsuvarda narkotacirlər tutulduBakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldıAzərbaycanda istehlak bazarı 4% azalıbAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıbAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubBöyükağa Xantəmirov vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur.