“Buta Airways”in Lvov-Bakı reysi gecikib

“Buta Airways”in Lvov-Bakı reysi gecikib
  • 21-01-2020, 01:49
  • 20 dəfə oxunub
Reklam

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin bu gün Ukraynanın Lvov şəhərindən Bakıya həyata keçirdiyi reys gecikmə ilə baş tutub.

İqtisad.Org”un məlumatına görə, "Embraer-190" markalı sərnişin təyyarəsi havaya nəzərdə tutulandan 45 dəqiqə sonra qalxıb.

Buna səbəb aviareysə qeydiyyat zamanı texniki yanlışlığa yol verilməsi olub. Belə ki, sərnişinlərdən birinin əl yükü talonu səhvən başqa sərnişinin uçuş talonuna yapışdırılıb. Bunu üzə çıxarmaq üçün təyyarə bələdçiləri əvvəlcə pasportları, sonra isə uçuş talonlarını siyahı ilə üzləşdiriblər. Anlaşılmazlıq aradan qaldırıldıqdan sonra təyyarə hava limanını tərk edib.

Xatırladaq ki, “Buta Airways”in yanvarın 13-də Bakıdan Lvova həyata keçirdiyi reys də gecikmişdi. Amma həmin vaxt təyyarədə nasazlıq yaranmışdı və sərnişinlər bir neçə saatdan sonra digər təyyarə ilə yola salınmışdı.


“Buta Airways”in Lvov-Bakı reysi gecikib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Millətin vəkili, mədəniyyətin elçisi, doğru qərarları ilə seçilən içimizdən biri - Eldar QuliyevAzərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb