Qafqazın şərab marşrutu yaradılıb

Qafqazın şərab marşrutu yaradılıb
  • 28-01-2020, 08:15
  • 25 dəfə oxunub
Reklam

Bu gün Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun I Baş Assambleyası keçirilib.

"İqtisad.Org" xəbər verir ki, Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.

Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.

Tədbir çərçivəsində, eyni zamanda Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treyninqlər keçirilib.

Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib. “İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir. Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.


Qafqazın şərab marşrutu yaradılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Millətin vəkili, mədəniyyətin elçisi, doğru qərarları ilə seçilən içimizdən biri - Eldar QuliyevAzərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb