Tofiq Mehdiyev : Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır

Tofiq Mehdiyev : Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır
  • 27-01-2020, 11:52
  • 198 dəfə oxunub
Reklam

Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsinin rəisi mayor Tofiq Mehdiyev belə insanlardandır.
Tofiq Mehdiyev hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Tofiq müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Tofiq müəllim işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi , gənclərimizin vətənpərvər böyüməsində və uğurlar qazanılması Tofiq müəllimin zəhməti sayəsində başa gəlib.


SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi mayor Tofiq Mehdiyev : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.Bir hərbiçi kimi seçdiyim peşədən hər zaman qürur duymuşam. Çünki bizlər Vətənin qoruyucularıyıq. Müqəddəs vəzifə yerinə yetiririk.Xalqın güvəncindən, Vətən sevgisindən ilham alırıq. Bax, bu hiss ən şərəfli və qürurlu hissdir. Ümummilli Liderimizin də dediyi kimi, bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur. Bu yol qəhrəmanlıq yoludur".Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərməkdədir. Bu, heç şübhəsiz, şəxsən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir. Ölkədə ordu quruculuğu işinin prioritet elan olunması nəticəsiz qalmamışdır. Ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynamışdır. Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac vermişdir. Son bir neçə il ərzində Silahlı Qüvvələrin hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir. Son illər Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirilən bir sıra tədbirlərin keçmiş MDB məkanında belə analoqu yoxdur. Məsələn, 2006-cı ildən Mərkəzi Hərbi Klinik Hospitalın Cərrahiyyə Korpusu tikilib istifadəyə verilmişdir. MDB məkanında analoqu olmayan bu 300 çarpayılıq cərrahiyyə korpusu 6 mərtəbədən ibarətdir. Korpus 14800 kvadratmetr sahəyə, 26 bölməyə və çoxsaylı yardımçı otaqlara malikdir. On bir cərrahiyyə otağında quraşdırılmış on dörd izləyici kamera cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi effektini ikiqat artırmışdır. Cərrahiyyə korpusu hər cür tibbi avadanlıqla təchiz olunmuş yeddi böyük, dörd kiçik tutumlu universal təcili yardım maşını ilə təmin edilmişdir.


Tofiq Mehdiyev : Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır


İnanırıq ki, hərbi qulluqçularımız xalqın və dövlətin etimadını qazanmaq yolunda əllərindən gələni bundan sonra da əsirgəməyəcək, qazanacağımız böyük uğurlara yüksək döyüş hazırlığı ilə öz töhfələrini verəcəklər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün həyat amalıdır.
Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı, əlbəttə böyük tələb və etimadla müşayiət olunur. Ölkəmiz üçün taleyüklü tarixi məsələlərin həllinə yönəlmiş bu münasibəti Azərbaycan ordusunun şəxsi heyəti də dərindən dərk edir. Odur ki, gecə-gündüz əldə silah yurdumuzun keşiyində dayanan hərbçilərimiz şəxsən Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcək, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artıracaqlar.


Tofiq Mehdiyev : Silahlı Qüvvələrimiz istənilən anda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsinin rəisi mayor Tofiq Mehdiyev

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır