Ötən il Azərbaycan qızıl ixracını 46% artırıb

Ötən il Azərbaycan qızıl ixracını 46% artırıb
  • 31-01-2020, 00:34
  • 7 dəfə oxunub
Reklam

2019-cu ildə Azərbaycandan xarici ölkələrə 172,4 mln ABŞ dolları dəyərində qızıl ixrac edilib.

"İqtisad.Org" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Hesabatda deyilir ki, bu, 2018-ci ilin nəticələri ilə müqayisədə 54,5 mln dollar və ya 46,1% çoxdur.

Ötən ilin dekabr ayında isə Azərbaycan ümumi dəyəri 14,8 mln dollar olan qızıl ixrac edib. Bu, 2018-ci ilin dekabr ayının göstəriciləri ilə müqayisədə 3,9 mln dollar və ya 35,8% çoxdur.

Qeyd edək ki, 2018-ci il ərzində Azərbaycandan xarici ölkələrə 118 mln dillar dəyərində qızıl ixrac edilib. 2018-ci ilin dekabr ayında isə qızıl ixracının həcmi 10,9 mln dollar təşkil edib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: