Azərbaycanda dəmir yolu ilə yükdaşımalarda onlayn nəzarət imkanı yaradıla bilər

Azərbaycanda dəmir yolu ilə yükdaşımalarda onlayn nəzarət imkanı yaradıla bilər
  • 31-01-2020, 00:37
  • 10 dəfə oxunub
Reklam

“Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşıma xidmətindən istifadə edən müştərilərə yükün lazımi ünvana çatdırılması prosesini onlayn izləmək imkanı yaradıla bilər. 

Bu barədə “İqtisad.Org”a  səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, hazırda qurumun mütəxəssisləri bu yeniliyin üzərində işləyirlər. 

"2020-ci il üçün əsas prioritetlərdən biri 2017-ci ildən yaradılmasına başlanılmış ADY SMART Avtomatlaşdırılmış İdarəetmə Sisteminin daha da inkişaf etdirilməsi, onun departamentin bütün xidmət və şöbələrini tam əhatə etməsiə nail olmaqdır, Bu baş tutduqdan sonra həm görülən işlərin keyfiyyəti artacaq, həm vaxta qənaət olunacaq, həm də daha effektiv nəzarət mexanizmi qurulacaq. Bununla da "Azərbaycan Dəmir Yolları" müştəri məmnuniyyətini artırmağı hədəfləyir”.

E.Əhmədov vurğulayıb ki, ADY SMART əməliyyat sistemində xüsusi olaraq “Müştəri xidmətləri” modulunun işlənib hazırlanması nəzərdə tutulub: “Müştəri özünün “şəxsi kabinet"i vasitəsilə ona məxsus yüklərin ölkə ərazisində hərəkətinə nəzarət etməklə yanaşı, yükdaşımalar üçün onlayn sifariş vermək, yükün vaxtında vaqonlarla təmin olunmasını izləmək, eyni zamanda vaqon parkının texniki vəziyyətinə, təmir normativlərinə nəzarət etmək imkanına malik olacaq”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır