Ötən il zərgərlik məmulatlarına qlobal təlabat 6% azalıb

Ötən il zərgərlik məmulatlarına qlobal təlabat 6% azalıb
  • 1-02-2020, 00:00
  • 19 dəfə oxunub
Reklam

Ötən ildə qızıldan hazırlanan zərgərlik məmulatlarına qlobal tələbat əvvəlki illə müqayisədə 6% azalaraq 2,107 min ton təşkil edib.

“İqtisad.Org” TASS-a istinadən xəbər verir ki, bu, Dünya Qızıl Şurasının (World Gold Council, WGC) “Qızıla tələbatın dinamikası” hesabatında yer alıb.

Ötən ilin dördüncü rübündə bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10% azalaraq 584,5 ton olub. 

WGC ekspertləri bildiriblər ki, zərgərlik məmulatlarına, eləcə də qızıl külçələrə tələbatın azalması ötən ilin oktyabr-dekabr aylarında qızıla tələbatın azalmasına gətirib çıxarıb. Belə ki, ötən ilin dördüncü rübündə qızıla qlobal tələbat əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% azalaraq 1,045 min tona, toplam illik istehlak tələbatı isə 11,4% azalaraq 825 tona düşüb.

Qeyd edək ki, ötən ilin oktyabr-dekabr aylarında qızılın qiyməti 1 unsiya üçün orta hesabla 1,481 min dollar təşkil edib. Bu, 2013-cü ilin birinci rübündən bəri ən yüksək orta rüblük göstəricidir. “Qızılın qiymətləri müxtəlif valyutalarda, o cümlədən avro, Hindistan rupisi və Türkiyə lirəsində ən yüksək səviyyəyə yüksəlib”, - hesabatda vurğulanıb.

Qızıl qiymətlərinin səviyyəsinin və onların dəyişkənliyinin 2020-ci ildə də istehlakçı tələbatına təsir göstərəcəyi proqnozlaşdırılır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək