ÜST bəyanat yaydı, 18 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb

ÜST bəyanat yaydı, 18 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb
  • 1-02-2020, 01:01
  • 7 dəfə oxunub
Reklam

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin yanvarın 30-da Çində ortaya çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı iclası keçirilib.

İqtisad.Org” xəbər verir ki, Çin Səhiyyə Nazirliyi 7711 nəfərin koronavirusa yoluxduğunu və 12167 nəfərdə şübhəli hal qeydə alındığını təsdiqləyib. Bunlardan 1370-nin ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq evə buraxılıb. ÜST-nin katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.

Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Çin digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.

Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda ictimai səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və müvəqqəti tövsiyələr hazırlanmasını məsləhət görür. 

"Biz etiraf edirik ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Lakin müəyyən xüsusi vəziyyətlərdə insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə ÜST-ə məlumat verməlidir. BTSQ-nin üçüncü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir. Əgər baş direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq", - bəyanatda qeyd olunub. 

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək