Bu şirkət cərimələndi

Bu şirkət cərimələndi
  • 5-02-2020, 02:25
  • 10 dəfə oxunub
Reklam

“Euro Door” MMC valyuta tənzimi qaydalarını pozduğuna görə inzibati qaydada cərimə edilib.

"İqtisad.Org"un xəbərinə görə, Nizami Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2688 ABŞ dolları cərimələnib.

“Euro Door” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, ”Euro Door” şirkəti Avropanın avtomatika sektorunda tanınan “Boon Edam” (Hollandiya), “LİFE” (İtaliya), “GİLGEN” (İsveçrə) kimi markaların Azərbaycandakı rəsmi distributorudur. Avtomatik açılıb-bağlanan, fırlanan qapı sistemləri, turniketlər və s. məhsulların satışı ilə yanaşı, quraşdırılmasını və servis xidmətini də həyata


Bu şirkət cərimələndi

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: