Sabahımızın gələcəyi bugünün düzgün verilmiş qərarından asılıdır!

Sabahımızın gələcəyi bugünün düzgün verilmiş qərarından asılıdır!
  • 5-02-2020, 00:04
  • 207 dəfə oxunub
Reklam

Rayonda böyük nüfuza malik olan Rəşad müəllimin platformasında seçicilərin gələcək rifahının yaxşılaşdırılması istiqamətində ciddi planlar yer alır. Təşviqat kampaniyasında rayonun 100-dən artıq gənc könüllüləri iştirak edir.

Rayon ağsaqqalları, ziyalılar, qazilər və gənclər Rəşad müəllimə könüllü dəstək aksiyasına başlayıblar.

Rəşad Qəribov seçkilərin demokratik, şəffaf, ədalətli şəkildə keçəcəyinə əmin olduğunu, Azərbaycanın son 16 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini, deputat seçkilərində vətəndaşların dövlətin apardığı siyasətə səs verəcəklərinə inandığını ifadə edib.Biz bu gün fəxr hissiylə qeyd etməliyik ki, bizim iqtisadi gücümüz dünya iqtisadi tənəzüllünün fonunda formalaşır. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizi qlobal sülh və əməkdaşlıq mərkəzinə çevirməkdir. Bunlar ancaq və ancaq müdrik lider İlham Əliyevin düşünülmüş uzaq görən siyasətinin nəticəsidir.

Rəşad Qəribov 57 SAYLI KÜRDƏMİR SEÇKİ DAİRƏSİndən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd - Hörmətli seçicilər! Əgər mənə etimad göstərib millət vəkili seçərsinizsə, deputat kimi fəaliyyətimin əsas istiqamətləri aşağıdakılar olacaqdır: Dövlətçilik, qanunçuluq, demokratiya, vətənpərvərlik, maarifçilik, sosial ədalət və sahibkarlığın inkişaf etirilməsini öz fəaliyyətimdə rəhbər tutacağam. insan və vətəndaş hüquqlarını və azadlıqlarını cəmiyyətin və dövlətin mənafeylərini qoruyacağam.Əziz seçicim!

Mənim məqsədim Sizlərə boş vədlər vermək deyil. Apardığım araşdırmalara və təcrübəyə əsaslanaraq deyə bilərəm ki, qeyri-real vədlər və ya seçildikdən sonra seçiciləri unutmaq kimi xüsusiyyətlər insanların düşüncələrində seçkilərə və millət vəkillərinə etimadın itirilməsinə gətirib çıxarır ki, mən də bunu insan hüquqlarının pozulması və respublikamızın demokratik inkişafına mane olan amil kimi qiymətləndirirəm.

Seçicilərimin problemləri ilə maraqlanmaq, onlardan hər birinin məsələlərinin həlli ilə şəxsən məşğul olmaq millət vəkili kimi mənim əsas vəzifəm olub və mənə bu seçkilərdə Sizlər tərəfindən etimad göstərilərsə, yenə də əsas vəzifəm olacaqdır. Çünki millət vəkilinin əsas işi ona verilmiş hüquqlarla üzərinə götürdüyü vəzifələri icra etməkdir. Bu baxımdan, millət vəkili öz seçicilərini təmsil edərək dövlət orqanları, özəl sektor, ictimai və humanitar təşkilatlarla sıx əlaqədə işləməli, seçicilərin əsl mənada carçısı, elçisi olmalıdır.

Hər birimizin müəyyən sosial problemlərinin olduğu məlumdur və onların həll olunması üçün vaxtında və yerində icra olunan, cəmiyyətin bütün təbəqələrinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən qanunların qəbul olunmasına və onların icra mexanizmini təmin edən hüquq normalarına ehtiyac vardır. Hörmətli seçicilər: Siz mənə ehtimad göstərib, Milli Məclisin üzvü seçərsinizsə, hər bir seçicinin debutatı kimi bütün arzu, təklif və istəyini nəzərə alaraq öz fəaliyyətimi daha da məqsədyönlü genişləndirəcəyəm və var gücümlə çalışacağam.

Əlbəttə ki, bu platformada nəzərdə tutulan ilkin öhdəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək deputat səlahiyyətlərinin mənə verdiyi imkanlardan istifadə etməklə mənim üçün doğma olan rayon sakinlərinin digər problemli məsələlərinin həllinə də maksimum dərəcədə səy göstərəcəyəm.

Milli Məclisin müzakirəsinə çıxarılan qanunların müzakirəsində fəal mövqeyimi daim bildirəcək, qanunların sosial yönümlü olması, əhalinin dövlət büdcəsi hesabına maliyyələşdirilən kateqoriyasına daxil olan şəxslərin, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsinə ayrılan vəsaitlərin vaxtaşırı artırılmasına səylər göstərəcəyəm.

Seçicilərimlə müntəzəm görüşlər keçirərək onların problemləri ilə ətraflı tanış olacaq, onların haqlı tələblərini deputat səlahiyyətlərim çərçivəsində əlaqədar təşkilatlar qarşısında qaldıraraq həll olunmasına nail olacağam.

Sabahımızın gələcəyi bugünün düzgün verilmiş qərarından asılıdır!

Birlikdə biz güclüyük! Sizin etimadınıza və dəstəyinizə ürəkdən ümid edirəm!


Əziz kürdəmirlilər ! Biz də "İqtsad.Org" kollektivi olaraq bildiririk ki , gəlin fevralın 9 u 57 SAYLI KÜRDƏMİR SEÇKİ DAİRƏSİnə gedək və Rəşad Qəribova səs verək. Səs verməklə özünüzə sadiq dost, gerçək deputat, hər bir seçicinin fəxr edəcəyi bir dayaq tapacaqsınız.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: