Seçimi olmayan xalqın heç nəyi yoxdur

Seçimi olmayan xalqın heç nəyi yoxdur
  • 5-02-2020, 00:02
  • 261 dəfə oxunub
Reklam

Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə  də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır.

Belə insanlardan biri də 09 fevral 2020-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd - Əli Abbas oğlu Hüseynovdur.

Onun həyat yoluna diqqət yetirəndə Əli müəllimin sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələrin hesabına nail olmuşdur. Əli müəllim həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə getmək üçün yorulmaq bilmədən çalışan insanlardandır. Elmin yüksək pillələrinə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla da dözümlülük və səbr göstərmək bizim Əli müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirəm: müəllim, həmişə işin ağır tərəfindən yapışanlardan olub. Onun fəaliyyət dairəsi olduqca genişdir. Bəzən adama qəribə gəlir ki, bu qədər işlərin öhdəsindən bir adam necə gələ bilər. Ancaq Əli müəllim bunu bacarır və ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürmüş Əli Hüseynovu səmimiyyətlə qarşılayan sakinlər yaşayış massivinin infrastrukturunda olan mövcud çatışmazlıqlar və problemlər haqqında ətraflı məlumat veriblər. Onlar fevralın 9-da layiqli namizədə səs verəcəklərini bildiriblər.

Ulu Öndərimiz Heydər Əliyev ideologiyasının mənəvi daşıyıcılarından olan Əli Hüseynovun parlamentdə təmsil olunması əminəm ki, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanda başlatdığı kadr islahatlarına bir töhfə ola bilər. Namizədin fəaliyyətinə diqqət yetirildiyi zaman aydın olur ki, Əli müəllim uğurlu bir fəaliyyət həyata keçirib: “Bu mənada namizədə vəkillik etmək heç də bizə utanmadan yenidən bu istiqamətdə fəaliyyət göstərməyə imkan verir”.

Əli Hüseynov növbəti illər üçün Milli Məclisin deputatı seçilərsə, görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağını bildirib. Millət vəkili olmağın şərəfli bir iş olduğunu qeyd edən Əli Hüseynov seçicilərin etimadını qazanacağı təqdirdə, insanların qayğıları ilə yaşayıb onların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirib: "Bu səbəbdən də, çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim".

Bir həqiqətdir ki, hər bir millət vəkili həm qanunvericilik sahəsində, həm də seçicilərinin problemlərinin aradan qaldırılmasında, xalqla hakimiyyət arasında birbaşa əlaqə və qarşılıqlı ünsiyyət yaradılmasında ölkə Prezidentinin yaxın köməkçisi olmalıdır. Heç şübhəsiz, Əli müəllim seçicilərinin etimadını qazanıb, məhz belə deputat olacaqdır.

İnanırıq ki, Əli Hüseynovun qədirbilən seçiciləri fevralın 9-da 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinə gedərək yekdilliklə məhz ona səs verəcəklər.

Biz də "İqtisad.Org" olaraq bütün Ağsu-İsmayıllı sakinlərini doğru seçimə, 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradəsini göstərməyə və nəhayət, inkişafa, yeniləşməyə, innovasiyalara, ictimai-siyasi sabitliyə bir sözlə Əli Hüseynova səs verməyə dəvət edirik !


Seçimi olmayan xalqın heç nəyi yoxdur

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi Hüseynov Əli Abbas oğlu

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: