600 minə yaxın fermer təsərrüfatı Subsidiya İnformasiya Sistemində

600 minə yaxın fermer təsərrüfatı Subsidiya İnformasiya Sistemində
  • 7-02-2020, 01:11
  • 8 dəfə oxunub
Reklam

“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) gübrə, toxum, pestisid təchizatçılarının, eləcə də baytarlıq, fitosanitariya xidmətləri göstərənlərin özlərini fermerlərə tanıtması üçün ən yaxşı platformadır”.

"İqtisad.Org" xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gübrə, pestisid və toxum təchizatçıları ilə görüşdə deyib.

“EKTİS təchizatçılara imkan verir ki, rəqabətə dözümlü qiymət, keyfiyyətli və çeşidli məhsul təklif etməklə sistemdə qeydiyyatdan keçmiş fermerləri öz alıcılarına çevirsinlər. Bu platforma həm təchizatçılara, həm də fermerlərə seçilmək və seçmək üçün böyük üstünlüklər təqdim edir,” – nazir müavini əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev isə gübrə və pestisid bazarının tamamilə liberallaşdığını bildirib: “Hazırda EKTİS-də 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayı bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləməyə bizə imkan verir”

O, görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayıb. Agentlik sədri qeydiyyatdan keçmə prosedurunu əvvəldən sona qədər iştirakçılara nümayiş etdirib.

Payızlıq əkinlərə gübrə vermək vaxtının başladığını qeyd edən Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazları pos-terminallarla təmin etməyə çağırıb. Nazirlik rəsmisi Subsidiya İnformasiya Sistemində (SİS) bu günə qədər 465 321 fermerin 594 855 təsərrüfatının qeydiyyatdan keçdiyini bildirib: “Fevralın 4-nə qədər 245 387 fermerə məxsus 336 954 təsərrüfat təsdiq edilib. 342 min fermer tərəfindən 690 min əkin payızlıq əkin bəyanı SİS-ə daxil olunub. Bundan 243 min fermer tərəfindən edilmiş 431 min əkin bəyanı yoxlanılıb və təsdiq edilmiş sənədlər üzrə 719 min hektar əkin bəyanı SİS-ə daxil edilib”.

Fermerlərin subsidiyaları yeni qaydalarla alacağına hazırlıqların tam sürətlə getdiyini deyən AKİA sədri bu günədək 179 000 ədəd “Fermer kartı”nın sifariş olunduğunu vurğulayıb. "Çap olunmuş 163 000 ədəd “Fermer kartı” hal-hazırda tərəfdaş bankın yerli filialları tərəfindən fermerlə paylanılır”.


600 minə yaxın fermer təsərrüfatı Subsidiya İnformasiya Sistemində

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydıBərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıbAzərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandıBakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildiRəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlibAzərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaqƏrdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"Azərbaycan buğda idxalını 2 dəfədən çox azaldıbErmənistanda referenduma 7 milyon dollar xərclənəcəkTürkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbAli Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıbAzərbaycanda valyuta rejimi liberallaşdırıldıDTX: Neftçalada vəzifəli şəxslər tutulubVidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılırPA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHIXəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaqPrezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHIƏn çox bu rayonların polisindən şikayət var - SİYAHIBu il Azərbaycanda QAZ markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilirTanınmış bəstəkara BDU-da vəzifə verildiDünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır