AÇG-nin ötən il xərcləri artıb

AÇG-nin ötən il xərcləri artıb
  • 7-02-2020, 01:16
  • 14 dəfə oxunub
Reklam

2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı gündə orta hesabla 535 min barel və ya ümumilikdə 195 mln. bareldən artıq, yəni 26 mln. ton olub.

İqtisad.Org” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin 2019-cu il üzrə biznes əməliyyatları ilə bağlı hesabatında qeyd edilib.

2019-cu ildə AÇG-dən hasilatın həcmi 2018-ci ildən 8,45% azdır.

Bildirilib ki, ötən il AÇG-də stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

2019-cu ildə “Çıraq” platformasından gündəlik 41 min barel, “Mərkəzi Azəri” platformasından 134 min barel, “Qərbi Azəri” platformasından 121 min barel, “Şərqi Azəri” platformasından 89 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 54 min barel neft hasil edilib.

İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

İl ərzində AÇG-də 10 neft hasilat quyusu və bir su injektor quyusu qazılıb.

2019-cu il ərzindəAÇG üzrə fəaliyyətlərə təxminən 567 mln. dollar əməliyyat məsrəfləri və 1,476 mlrd. dollara yaxın əsaslı məsrəflər xərclənib. Ötən il əməliyyat xərcləri əvvəlki ildən 12%, əsaslı xərclər isə 28% çox olub.

Xatırladaq ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində “Çıraq” yatağından hasil edilib.

AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək