Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova
  • 7-02-2020, 22:46
  • 188 dəfə oxunub
Reklam

Azərbaycanın ictimai-siyasi həyatında xanımların fəaliyyəti həmişə seçilir. Onlar humanizmi, insanpərvərliyi, həm də bir qadın, ana kimi məsələlərə münasibət bildirirlər.Bu baxımdan Milli Məclisdə aktiv, seçicilərin dərdinə yanan, vətəndaşların müraciətlərinə ürək qızdıran xanım millət vəkillərinə ehtiyac var.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmməd qızı Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəri və aparıcısıdır.

Mehriban Məmmədova öz platformasında bunları bildirir : Biz jurnalist komandası olaraq ölkə əhalisinin bütün problemlərini və onun həll yollarını bilirik! Prezidentin islahatlar çağırışına uyğun olaraq problemlərin qarşıdakı beş ildə həll olunmasını istəyirsinizsə, mənə - Mehriban Məmmədovaya səs verin! Biz bilirik ki, ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəyə layiqli dövlət qayğısı azdır, əhalinin işsizlik problemi var, bölgələrdə iqtisadiyyat zəif inkişaf edir və s. Bütün bu problemlərin qısa müddətdə həlli üçün dövlətin güclü potensialı var. Sadəcə, bu potensialdan istifadə üçün güclü qanunvericilik bazasına, tələbkar millət vəkili və texnokrat kadrlara ehtiyac var. Xalqın formalaşdıracağı yeni parlament məhz bu tələblərə cavab verməlidir.Millət vəkili seçilərsə, Mehriban Məmmədova ölkəmizin ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi haqda düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının ifşa edilməsini ən mühüm və ən ümdə vəzifələrindən biri hesab edir.


Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova


M.Məmmədova zəhmətkeş, öz üzərində çalışan jurnalistdir. Onun mədəniyyət komisiyyasında gördüyü işlər çox olub. Səmimidir. Şirindilli bir xanımdır. Hələ Mehriban xanım haqqında onu yaxından tanıyanlar belə heç bir şikayət, narazıçılıq etməmişdir.Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər.O, insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb.

Gördüyü hər bir işə könül verən M.Məmmədova Tovuz-Qazax-Ağstafa rayonundan olan seçicilərinin, sosial mənsubiyyətindən asılı olmayaraq - istər müəllim olsun, istər həkim, yaxud sahibkar, dövlət qulluqçusu və ya idmançı - problemlərinin həlli üçün səylərini əsirgəməyəcəyini vəd edir. Bu siyahıda əlillər, şəhid ailələri, sosial təminatı aşağı olan ailələr xüsusi yer tutur. Ona görə də seçicilərimiz diqqətli olmalı, gələcəyinə səs verməlidir!

M.Məmmədova Tovuz, Qazax və Ağstafa rayonlarında olmuş, kəndlərdə məhəllə-məhəllə gəzərək, sakinlərlə, seçicilərlə görüşmüşdür.Bütün kəndlərdə yerli əhali əslinə-kökünə yaxşı bələd olduqları xanım namizədi hərarətlə qarşılayıb.Görüşdə o, həmçinin sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib, onları narahat edən problemlərin həllinə dair müzakirələr aparıb. Rayonlarda son illər ərzində çox ciddi problemlərinin böyük hissəsinin həll olunduğunu deyən deputatlığa namizəd Afət Həsənova yaxın gələcəkdə sakinlərdə narahatlıq yaradan bir sıra digər problemlərin də öz həllini tapacağını əminliklə qeyd edib.


Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova


Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd M.Məmmədova 20 Yanvar milli matəm günü ilə əlaqədar şəhidlərin xatirəsini daşıyan abidələri ziyarət edib, önünə gül dəstələri qoymuşdur. Rayon, kənd camaatı təşviqat kampaniyasında şəhidlərin müqəddəs ruhuna ehtiram göstərdiyinə görə ona minnətdarlıqlarını bildiriblər. M.Məmmədova seçicilərlə yerli əhəmiyyətli məsələlərlə bağlı fikir mübadiləsi də aparıb.

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova


Mehriban Məmmədova həmçinin Tovuz şəhərində uşaq bağçasında çalışan müəllim və tərbiyəçilərlə görüşüb. Uşaqların gələcəyi ilə bağlı baxcada təlim-tərbiyə qaydalarına riayət olunmğından danışılıb.

Səsiniz səsim, səsim səsinizdir... - Mehriban Məmmədova


Seçkilərdə bitərəf namizəd kimi qatılsa da, tərəfi hər zaman olduğu kimi bəllidir. Mehriban xanım xalqının layiqli övladlarından, ən ləyaqətli qızlarından biridir.Mehriban xanım həmçinin Azərbaycan dövlətinin, xalqının və onun başçısının milyonlarla sıravi əsgərindən biri olduğunu vurğulayıb . Nəticədən asılı olmayaraq, maraqlı bir seçki prosesi üçün çalışacağını bildirib. Onun 9 fevral parlament seçkilərinə qatılmasında yalnız bir məqsədi var – bundan sonra da Azərbaycan xalqına vicdanla xidmət edib sözün əsl mənasında millətin vəkili olmaqdır.“Azərbaycanda müşahidə etdiyim seçkilərdə hər zaman şəffaflığın şahidi olmuşam. İnanıram ki, Azərbaycanda seçkilər bütün Türk dünyasına nümunə olacaq səviyyədə keçiriləcək, seçici fəallığı müşahidə olunacaq. İnanırıq ki, 9 fevral Azərbaycan xalqı güclü gələcəyə, siyasi sabitliyə səs verəcək. Tovuz-Qazax-Ağstafa sakinlərinin "Səsiniz səsim, səsim səsinizdir" şüarını dəstəklədiyini, düzgün seçim edəcəyinə şübhə etmirik.

Odur ki, əziz Tovuz,Qazax,Ağstafa sakinləri ! Gəlin hamılıqla 9 fevral deputat seçkilərində 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmməd qızı Məmmədova səs verək. Allah utandırmasın!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Millətin vəkili, mədəniyyətin elçisi, doğru qərarları ilə seçilən içimizdən biri - Eldar QuliyevAzərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb