Ötən il Naxçıvanda 672 ipoteka krediti verilib

Ötən il Naxçıvanda 672 ipoteka krediti verilib
  • 8-02-2020, 01:10
  • 12 dəfə oxunub
Reklam

2019-cu ildə Naxçıvan MR-da daşınmaz əmlakın dövlət reyestrində 672 ipotekanın qeydiyyatı aparılıb.

Bu barədə “İqtisad.Org” yerli Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Məlumata görə, bunun 52%-i Naxçıvan şəhərinin, 48%-i isə muxtar respublikanın digər yaşayış məntəqələrinin payına düşür.

İpoteka krediti hesabına əldə edilmiş 112 mənzil, 11 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2018-ci illə müqayisədə ümumi ipoteka qeydiyyatı 54%,ipoteka ilə əldə edilən əmlakların qeydiyyatının sayı 38% artıb.

2019-cu ildə ipoteka kreditləşməsi vasitəsilə əldə edilən mənzillərin hər kvadratmetrinin orta qiyməti 750 manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də ipoteka krediti hesabına əsasən iki və üçotaqlı mənzillərin alınmasına üstünlük verilib.


Ötən il Naxçıvanda 672 ipoteka krediti verilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: