Ölkədə aqrar sığorta məhsullarının tətbiq ediləcəyi tarix açıqlanıb

Ölkədə aqrar sığorta məhsullarının tətbiq ediləcəyi tarix açıqlanıb
  • 8-02-2020, 01:21
  • 2 498 dəfə oxunub
Reklam

“Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının sığorta edilməsi prosesinə start veriləcək”.

Bunu “İqtisad.Org”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə aqrar sığortanın tətbiqi ilə bağlı Aqrar Sığorta Fondunun yaradılması prosesi tam yekunlaşıb: "Hazırda sığorta məhsullarının növləri və tarifləri ilə bağlı məsləhətləşmələr aparılır. Fermerlərin fikirləri öyrənilir. Eyni zamanda, aqrar sığorta bazarının həcmi araşdırılır. Yəni, bu sahədə mövcud olan risklər və tariflərin tənzimlənməsi məsələsi nəzərdən keçirilir”.

M.Əliyev qeyd edib ki, Siğorta Fondunun işlərinin əsas icrası ilə məşğul olan idarəedici şirkətin qurulması istiqamətində müvafiq məsləhətləşmələr aparılır: “Bütün bu proseslər Aqrar Siğorta Fondunun strukturu tərəfindən hazırlanır və mütəmadi olaraq müxtəlif nazirliklərin nümayəndələrindən ibarət olan Müşahidə Şurasına məruzə edilir və müvafiq dəstək verilir. Müşahidə Şurasında Azərbaycan Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fermerlər Assosiasiyasının nümayənədələri təmsil olunur”.

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru siğortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq siğortalancaq. Bununla yanaşı, heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar siğorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.


Ölkədə aqrar sığorta məhsullarının tətbiq ediləcəyi tarix açıqlanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Şəhid ailələrinin, qazilərin və veteranların rifahı hər zaman ön plandadırSosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilibErmənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıbİndiyədək Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıbHelikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcəkBaş Prokurorluqdan hərbi helikopterin qəzaya uğraması ilə bağlı yeni açıqlamaBakıda metro vaqonları istehsal ediləcəkLaçına çəkilən yeni yol nəqliyyat axınlarının diversifikasiyasına imkan verəcəkMilli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır