FHN qanunsuz transformator tikintisinə görə İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi

FHN qanunsuz transformator tikintisinə görə İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi
  • 10-02-2020, 13:51
  • 11 dəfə oxunub
Reklam

Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir.

Bu barədə “Rerport”a həmin binada yaşayan sakinlər bildiriblər.

Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb:

“Hazırda bizim yaşadığımız binanın qarşısında şirkət başqa bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativdə 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində 12 metr məsafə göstərildiyi halda, şirkət bunu binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.

Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini istəyirlər:

“Xahiş edirik ki, elektrik yarımstansiyası normativlərə uyğun olaraq tikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.

Fövqəladə Hallar Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “İqtisad.Org”a bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən “Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşaası ilə bağlı araşdırma aparılıb.

O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb:

“Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə bildiriş edilib, şirkətin rəhbərliyinə xəbərdarlıq edilib. Tərəfmizdən onların hər ikisinə məktublar göndərilib. Məktubda qeyd edilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, onlara qarşı digər tədbirlər də tətbiq ediləcək”.

Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Millətin vəkili, mədəniyyətin elçisi, doğru qərarları ilə seçilən içimizdən biri - Eldar QuliyevAzərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb