"ADY Express": Astara terminalından yükaşırma dəfələrlə artırılacaq

  • 10-02-2020, 14:09
  • 14 dəfə oxunub
Reklam

"Azərbaycan Dəmir Yolları "QSC-nin törəmə müəssisəsi - "ADY Express"in ötən il Astara terminalından aşırılan yüklərinin həcmi 400 min tona yaxın olub.

Bu barədə "İqtisad.Org"a "ADY Express"dən bildirilib.

Məlumata görə, terminalın fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra, buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq, yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası olub.

2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan, terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İrana ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisini 13 iyun 2017-ci il tarixində imzalanmış ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” aparır.

İnşaat işlərinə başlanandan, yəni 3 il ərzində mühüm işlər görülüb. Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xəttdən ibarət 1 800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1 440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İranın gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” müxtəlif texnika quraşdırıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunur nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Görülən mühüm işlərə baxmayaraq, terminalın inşası davam etdirilir. Yaxın zamanlarda terminal daxili daha 4 xətt dəmir yolunun tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatları aparılan meydançaların sahəsi artırılacaq.

Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nqəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində, işlər həyata keçirilməkdədir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək