Avropada fırtına nəticəsində 6 nəfər ölüb

Avropada fırtına nəticəsində 6 nəfər ölüb
  • 11-02-2020, 00:29
  • 6 dəfə oxunub
Reklam

Avropada “Kyara” fırtınası nəticəsində azı 6 nəfər ölüb.

İqtisad.Org” TASS-a istinadən xəbər verir ki, Çexiya, Sloveniya və Britaniyada avtomobillərin üzərinə ağac aşıb və sürücülər ölüb.

Polşadakı dağ-xizək kurortunda dam örtüyünün çökməsi nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

İsveçdə Fegen gölündə dostu ilə qayıqda üzən kişi qayığın aşmasından sonra boğularaq ölüb. İkinci sərnişin itkin düşüb.

Həmçinin “Kyara” fırtınasına görə Avropada yüzlərlə aviareys və qatar reysləri ləğv edilib.

Bundan əlavə, fırtına səbəbi ilə Fransada 130 min, Britaniyada 62 min, Almaniyanın Bavariya federal torpağında 50 min, İrlandiyada isə 10 min ev işıqsız qalıb.


Avropada fırtına nəticəsində 6 nəfər ölüb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: