Gömrükçülər siqaret və mobil telefon qaçaqmalçılığının qarşısını aldı

Gömrükçülər siqaret və mobil telefon qaçaqmalçılığının qarşısını aldı
  • 11-02-2020, 00:33
  • 8 dəfə oxunub
Reklam

Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Bu barədə “İqtisad.Org”a DGK-dan məlumat verilib.

Bildirilib ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin arxa oturacaqlarına reaksiya verib. Təkrar baxış nəticəsində həmin oturacaqların altında "Pirveli" markalı 5600 ədəd siqaret aşkarlanıb.

DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında isə Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "Lada 211440" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol örtüklərinin, eləcə də maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, polietilen paketlərdə 30 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefon aşkarlanıb.

Şübhəli məqamlar olduğu üçün nəqliyyat vasitəsinə rentgen aparatında baxış keçirilib, bu zaman avtomobilin yük yerinin sağ və sol örtüklərinin arxasındakı boşluqlarda polietilen paketlərdə daha 10 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefonlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Gömrükçülər siqaret və mobil telefon qaçaqmalçılığının qarşısını aldı

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Salyan şəhər 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti başçısının valideynlərlə görüşü keçirilmişdir.Bakıda işıqlar söndü - NASAZLIQ YARANIBDolların manata qarşı sabaha olan rəsmi məzənnəsi açıqlandıNeft daha da ucuzlaşdıMetroda qatarlar dayandı"Azərenerji"dən "qəza" açıqlamasıBakı Fond Birjasında bir ilkAzərbaycanda koronavirusa görə qərargah yaradıldıSalyan rayonunda “Xocalı soyqırımının” iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.Güclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır