Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb

Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb
  • 12-02-2020, 00:00
  • 5 dəfə oxunub
Reklam

Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) "İqtisad.Org"a verilən məlumata görə, xəritəni akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında işləyib hazırlayıblar.

Xəritə Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

Bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər.


Azərbaycanın ekoloji risklər xəritəsi hazırlanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydıBərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıbAzərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandıBakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildiRəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlibAzərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaqƏrdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"Azərbaycan buğda idxalını 2 dəfədən çox azaldıbErmənistanda referenduma 7 milyon dollar xərclənəcəkTürkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbAli Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıbAzərbaycanda valyuta rejimi liberallaşdırıldıDTX: Neftçalada vəzifəli şəxslər tutulubVidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılırPA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHIXəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaqPrezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHIƏn çox bu rayonların polisindən şikayət var - SİYAHIBu il Azərbaycanda QAZ markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilirTanınmış bəstəkara BDU-da vəzifə verildiDünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır