Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi
  • 12-02-2020, 00:00
  • 12 dəfə oxunub
Reklam

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan Bahçeci Bakı Tibb Mərkəzi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

İqtisad.Org” xəbər verir ki, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

Bahçeçi Bakı Tibb Mərkəzi məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Bahçeçi Bakı Tibb Mərkəzi 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan "Bahçeci Sağlık Grubu"na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Millətin vəkili, mədəniyyətin elçisi, doğru qərarları ilə seçilən içimizdən biri - Eldar QuliyevAzərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çıya ömürlük cəza verildiYüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandıNeftçalanın içməli su problemi noyabrda həll olunacaqŞirkət rəhbəri 2,5 milyonluq dələduzluğa görə həbs edildiAleksey Navalnının yeri bilinmirBakıda ağaclar quruyur, İşçi Qrup yaradıldıMehmanxanalarda reydlər davam etdirilirYaxın günlərdə güclü maqnit fırtınası olacaqBir ili 3,14 sutkaya bərabər olan planet tapılıb"BakuBus" yarım milyon manatlıq geyim alırPrezident: "Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"Konstitusiya Məhkəməsi bələdiyyə torpaqları ilə bağlı qərar verdiMəktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?“WhatsApp”da yeni funksiyaYaponiyada dünyanın ən kiçik Rubik kubu nümayiş olunubSahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"Ləyaqətli və şərəfli ömür yolu - Xudayar SultanlıCəlilabadda yanğın olubAtmosferə atılan 1 milyard kubmetr qaz əhalinin istifadəsinə verilibŞirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildiBakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb