SOCAR bu il 7,2 milyard kubmetr qaz hasil etməyi planlaşdırır

SOCAR bu il 7,2 milyard kubmetr qaz hasil etməyi planlaşdırır
  • 13-02-2020, 00:00
  • 2 450 dəfə oxunub
Reklam

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,6 mln. ton neft, 7,2 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.

İqtisad.Org” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “Reuters” agentliyinə bildirib.

Azərbaycan bu il qaz hasilatını artırmağı, mövcud yataqların vəziyyətinə görə neft hasilatını isə azaltmağı planlaşdırır.

O qeyd edib ki, Azərbaycanda 2020-ci ildə 38,4 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Bu isə 2019-cu ildəki qaz hasilatı göstəricisindən (35,6 mlrd. kubmetr) çoxdur. Neft hasilatının isə ötən ildəki 37,5 mln. ton həcmlə müqayisədə 36,5 mln. ton olması nəzərdə tutulur.

“Bizim vəzifəmiz qarşıdakı 4-5 il ərzində stabil neft hasilatını və daha sonra mövcud və yeni yataqlarda kəşfiyyat işlərini genişləndirməklə idarə olunan azalmanı təmin etməkdir. “Bulla-Dəniz”, “Qərbi Abşeron”, “Pirallahı”, “Darvin Bankası” və bəzi quru yataqlarda yeni qazma işlərinin neft hasilatını sabit saxlaması gözlənilir”,- Y.Lətifov əlavə edib.

Y.Lətifov qeyd edib ki, 2020-ci ildə “Şahdəniz” qaz-kondensat yatağından 18,96 mlrd. kubmetr qaz, 4 mln. ton kondensat hasil edilməsi planlaşdırılır. 2019-cu ildə yataqdan qaz hasilatının həcmi 16,8 mlrd. kubmetr, kondensat hasilatının həcmi 3,7 mln. ton təşkil edib.

O qeyd edib ki, “Abşeron” qaz-kondensat yatağında ilkin qaz hasilatı üçün ilk kəşfiyyat quyusunun qazılmasından sonra SOCAR və “Total” ən azı daha üç quyunun qazılması ilə nəticələnəcək yatağın tam işlənməsi işinə başlayır.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, “Abşeron” yatağından hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilir: “Yatağın ehtiyatları 300 mlrd. kubmetrdən çox qiymətləndirilir ki, bu da plato səviyyəsində ildə 5 mlrd. kubmetr qaz hasilatına imkan verir".

Bundan başqa, Y.Lətifov bildirib ki, bu il SOCAR “Ümid” qaz-kondensat yatağından qaz hasilatını 850 mln. kubmetrdən 960 mln. kubmetrə, kondensat hasilatını isə 140 min tondan 143 min tona artırmağı planlaşdırır. O bildirib ki, “Babək” yatağından ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin əvvəlinə nəzərdə tutulub.

SOCAR-ın vitse-prezidenti eyni zamanda məlumat verib ki, “Qarabağ” yatağından Norveçin “Equinor” şirkəti ilə birgə ilk qiymətləndirmə quyusunun qazılmasının fevralın sonuna başa çatması gözlənilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşübİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaqICESCO işğaldan azad olunan ərazilərdəki vəziyyəti araşdırmaq üçün ekspertlər təyin edəcəkSahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit veribMN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülürErmənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürübAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandıDonald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov