Ölkədə baş verən quraqlıq kənd təsərrüfatına necə təsir göstərib?

Ölkədə baş verən quraqlıq kənd təsərrüfatına necə təsir göstərib?
  • 13-02-2020, 00:00
  • 7 dəfə oxunub
Reklam

Ölkədə baş verən quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir edir.

"İqtisad.Org" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova deyib.

O vurğulayıb ki, quraqlıq əsasən bitkilərin inkişafına təsir edir. Bitkiçilik sahəsinə problem törədəndə də bu heyvandarlığın inkişafına mane olur: "Qlobal istiləşmə, quraqlıq faktoru ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricələrinə mənfi təsir göstərir.

Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur".

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə hesab edir ki, quraqlıq bitki və tərəvəzçiliyə o qədər də təsir etməyə bilər.

O vurğulayıb ki, artıq yağıntılar başlayır və bu da bitkiçilik sahəsində problem yaratmayacaq: "Zərərverici və xəstəliklərin özünü biruzə verməsinə gətirib çıxara bilər. Fermerlər bununla bağlı kimyəvi maddələrdən istifadə etməlidir ki, tərəvəzçiliyə ziyan dəyməsin. Bu istiqamətdə suvarma sistemlərindən istifadə edilməklə quraqlığın qarşısı alına bilər. Tərəvəzçilik əsasən suvarma sistemi ilə inkişaf edir. Fermerlər bu tədbirləri görsələr, problem yaranmaz. Fermerlər bu sahədə aktiv olmalıdır. Zərərvericilərə qarşı vaxtında tədbir görülərsə, suvarmadan istifadə olunarsa, tərəvəzçilik sahəsində problem olmayacaq".


Ölkədə baş verən quraqlıq kənd təsərrüfatına necə təsir göstərib?

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydıBərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıbAzərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandıBakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildiRəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlibAzərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaqƏrdoğan: "Almaniyada 5 vətəndaşımızın öldürülməsi hadisəsini nəzarətdə saxlayırıq"Azərbaycan buğda idxalını 2 dəfədən çox azaldıbErmənistanda referenduma 7 milyon dollar xərclənəcəkTürkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbAli Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıbAzərbaycanda valyuta rejimi liberallaşdırıldıDTX: Neftçalada vəzifəli şəxslər tutulubVidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılırPA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHIXəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaqPrezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHIƏn çox bu rayonların polisindən şikayət var - SİYAHIBu il Azərbaycanda QAZ markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilirTanınmış bəstəkara BDU-da vəzifə verildiDünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır