Hər sahənin öz peşəkarı işində mükəmməldir ! - Rüstəm Xəlilov.

Hər sahənin öz peşəkarı işində mükəmməldir ! - Rüstəm Xəlilov.
  • 12-02-2020, 16:25
  • 3 dəfə oxunub
Reklam

Son günlər Hacıqabul rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu. Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Bu gün Hacıqabul rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.
Hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun gərgin əməyi və zəhməti sayəsində Hacıqabul rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rüstəm müəllim bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Yolların çəkilişi, kəndlərdə qaz, su, işıq problemi demək olarki tam həllini tapmışdır.
Bəli, xalqına arxalanan, amalı xalqına xidmətdə olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır.


Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci ildə anadan olub.
4 dekabr 2019 cu ildən Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Rüstəm Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatır.
2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.
Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.
Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Hər sahənin öz peşəkarı işində mükəmməldir ! - Rüstəm Xəlilov.


Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün... "– deyir prezident İlham Əliyev.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işlərində hər zaman nümayiş etdirdiyi prinsipiallığı onlara göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onların adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onların həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil.
Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Hacıqabul rayonu sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə rayon sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir.


Hər sahənin öz peşəkarı işində mükəmməldir ! - Rüstəm Xəlilov.


Biz də "İqtisad.Org" olaraq Rüstəm müəllimə möhkəm cansağlığı, işlərində müvəffəqiyyət, dövlət vəzifəsində daim böyük uğurlar qazanmağı arzu edirik. Xalqımızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək