"Coker", "1917", "İrlandiyalı" filmlərdə zərərli proqramlar var

  • 14-02-2020, 00:00
  • 9 dəfə oxunub
Reklam

“Kaspersky” şirkəti bu il "Oskar" mükafatına namizədliyi irəli sürülmüş 9 filmin adının fişer və zərərli proqram müəllifləri tərəfindən neсə istifadə edildiyini təhlil edib.

Bu barədə “İqtisad.Org”a şirkətdən məlumat verilib.

Məlumata görə, ümumilikdə, mütəxəssislər 2019-cu ilin premyeralarını pulsuz izləmək fürsətini qazandıran 20-dən çox fişinq sayt və bu filmlərin adları ilə əlaqəli daha 925 zərərli fayl aşkarlayıblar. Ən son yenilikləri pulsuz izləməyi təklif edən fişinq saytların köməyi ilə cinayətkarlar istifadəçilərin şəxsi və maliyyə məlumatlarını toplayıblar.

Nəticələrə görə, kiber cinayətkarlar arasında ən populyar filmlər “Coker” (304 zərərli fayl), “1917” (215 zərərli fayl) və “İrlandiyalı” (179 zərərli fayl) olub.

“Cinayətkarlar aktual tendensiyaları izləyirlər. Film sənayesi də istisna deyil. Onlar tələlərini premyeradan həm əvvəl, həm də sonra – film tamaşaçı marağının pik zirvəsində olduğu zaman quraşdırırlar. Mümkün risklərin qarşısını almaq üçün kinosevərləri yalnız rəsmi platformalardan istifadə etməyə çağırırıq", - bunu “Kaspersky” şirkətinin antivirus mütəxəssisi Anton İvanov deyib.


"Coker", "1917", "İrlandiyalı" filmlərdə zərərli proqramlar var

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: