Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı

Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı
  • 17-02-2020, 00:32
  • 889 dəfə oxunub
Reklam

Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum-Dəniz" yatağının daxil olduğu blokun operatoru olan ABŞ-ın "Greenfields Petroleum Corporation" neft şirkəti zəmanətli kredit borcunun ödənilməsini təxirə salan razılaşmanın imzalandığını açıqlayıb.

İqtisad.Org” xarici mətbuata istinadən xəbər verir ki, neft şirkətinin əsas kreditoru “Vitol Enerji” MMC daha əvvəl yanvarın 3-nə təxirə salınmış kredit müqaviləsi çərçivəsində ödəniləcək məbləğin vaxtını uzadaraq martın 16-na qədər təxirə salıb.

Məlumata görə, kredit müqaviləsindəki dəyişiklikləri nəzərə alan “Greenfields” borcun əsas hissəsinin səhmdar kapitalına konvertasiya edilməsinə və başqa strateji alternativlərin axtarışına razılıq verib.

Xatırladaq ki, baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “Greenfields” neft şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə "Bahar-Qum-Dəniz" ("Bahar Layihəsi") kimi tanınan neft-qaz yatağının kəşfiyyat və hasilatını aparır və layihədə 80% paya sahibdir, qalan 20% SOCAR-a məxsusdur. Bununla bağlı 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Bahar Enerji Əməliyyat Şirkəti” arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi haqqında razılaşma imzalanıb.

Qeyd edək ki, 1968-ci ildə kəşf edilən “Bahar” qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.

“Qum-Dəniz” yatağı Bakıdan cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum-Dəniz" yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyibBu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunduBu şəhərlər və rayonlar üzrə 190 manat ödəniləcək - QƏRARBakı polisi reyd keçiribPolis Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandıSaxta arayış verən baş həkim barəsində cinayət işi başlanıldı"Qobu park-3"ə məcburi köçkünlərin yerləşdirilməsi başa çatırDYP rayonlara getmək istəyən şəxslərə xəbərdarlıq etdiAQTA daha 103 obyektdə pozuntular aşkarlayıbTəhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlamaAzərbaycanda aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbZelenski generalı işdən çıxardıRəşad Sadıqova ağır itkiHökumət sahibkarları icarə haqqından müvəqqəti azad etdiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edibŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilibƏr arvadını qısqanaraq boğazını kəsib öldürdüLivanda dünyanı silkələyən partlayış - yeni siyasi böhranSosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilibBaş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıbFHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edibXudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb