Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir
  • 15-02-2020, 00:00
  • 8 dəfə oxunub
Reklam

Bakının Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir.

İnşaat işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Bununla bağlı "İqtisad.Org"a açıqlama verən Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyadalar üçün bu ərazidə hərəkət etmək, yolu keçmək həmişə problem olub və mütəmadi olaraq təmsil etdiyi quruma şikayətlər ünvanlanıb. Buna görə də, piyada keçidinin tikilməsinə qərar verilib.


"Keçidin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır. Tblisi prospekti üzərindən hər birinin uzunluğu 70,9 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,3 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrikli pandusların qoyulması nəzərdə tutulub", - o qeyd edib.

A.Nəcəfli onu da deyib ki, 2018-2019-cu illərdə Bakıda və onun ətrafında, magistrallar yollarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib: "Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan da bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək