Dünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır

Dünya Bankı Azərbaycanda layihəsinin icra müddətini uzadır
  • 20-02-2020, 00:00
  • 10 dəfə oxunub
Reklam

Dünya Bankı (DB) “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin icrasının müddətini uzatmağı planlaşdırır.

Bankdan “İqtisad.Org”a verilən məlumata görə, 2014-cü ildən bəri həyata keçirilən layihənin müddətinin 2021-ci il iyunun 30-dək uzadılması planlaşdırılır.

“Layihənin əvvəlcədən 30 iyun 2020-ci ilə qədər reallaşdırılması nəzərdə tutulmuşdu. Amma qalan vəsaitlərin tam istifadəsini təmin etmək və Sumqayıtdakı məhkəmə kompleksinin, eləcə də DATA mərkəzlərinin istifadəyə verilməsi məqsədilə layihənin müddətinin uzadılması təklif olundu. Bununla yanaşı, DB komandası layihədəki tərəfdaşları ilə bu tarixin 31 dekabr 2020-ci ilə təxirə salınma imkanını müzakirə etməyi planlaşdırır”, - bankdan qeyd ediblər.

Layihənin həyata keçirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB – DB-nin struktur vahidi) xətti ilə Azərbaycana 100 milyon ABŞ dolları həcmində kredit ayrılması təsdiq edilib.

“Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinin məqsədi ayrı-ayrı ədliyyə xidmətlərinə çıxışların yaxşılaşdırılması, xidmətlərin şəffaflığını və səmərəliliyini artırmaqdır.

Layihə dörd komponentdən ibarətdir:

Birinci komponent məhkəmə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu da öz növbəsində iki alt komponenti əhatə edir: məhkəməyə çıxış və elektron məhkəmə xidmətlərinin genişləndirilməsi.

İkinci komponent institusional potensialın, effektivliyin, eləcə də monitorinq və qiymətləndirmənin möhkəmləndirilməsinə istiqamətlənib. Buraya əsas ədliyyə orqanlarının əsaslı siyasi qərarlar qəbul etmək və və islahatlar aparmaq sahəsindəki imkanlarını artırmaq üçün texniki yardım, təlim və məsləhət xidmətləri daxildir.

Üçüncü komponent məhkəmə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsini, o cümlədən altı məhkəmə binasının və məhkəmə kompleksinin tikintisi və yenidən qurulmasını əhatə edir.

Dördüncü komponentə layihənin idarəedilməsi və koordinasiya, Ədliyyə Nazirliyinin layihələri idarə etmək, izləmək və əlaqələndirmək imkanlarını gücləndirmək, o cümlədən audit - layihənin maliyyə hesabatı, ekoloji və sosial təminatlara uyğunluq və məlumatların icrası daxildir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək