"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladı

  • 25-02-2020, 00:00
  • 2 581 dəfə oxunub
Reklam

“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib".

İqtisad.Org”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır: “Bu qısa müddətdə Cəmiyyətimiz nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirib.

O qeyd edib ki, sevindirici haldır ki, bu göstəriciyə məhz “AzerGold” QSC-nin hesabına nail olunub: “İxrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilib. Beləliklə Cəmiyyətimiz ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb”.

Z. İbrahimov qeyd edib ki, ümumilikdə, “AzerGold” 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manata yaxın həcmdə vəsait cəlb edib: “Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb