Qanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurub

Qanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurub
  • 3-03-2020, 00:00
  • 6 dəfə oxunub
Reklam

2019-cu il ərzində qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub.

“Azəriqaz” İstehsalat Birliyindən “İqtisad.Org”a verilən məlumata görə, 67,531 mln. kubmetr (bura qeyri-əhali qrupuna aid 5,902 mln. kubmetr də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 mln. 753 min 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 mln. 180 min 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxt ətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2 199 akt tərtib olunub.

Bildirilib ki, “Azəriqaz” İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb. Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Nardaran kəndləri, Kürdəxanı qəsəbəsi, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonunda Zığ kəndi, Xəzər rayonunda Binə qəsəbəsində rastlaşmaq mümkündür. “Azəriqaz” İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını da qazla təmin edir, bir sözlə özü üçün mini “qaz paylayıcı şəbəkə” yaradır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək