Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır

Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır
  • 9-03-2020, 02:31
  • 2 407 dəfə oxunub
Reklam

“Mənim fikrimcə, son iclasda razılıq əldə olunmamasına baxmayaraq, OPEC+ formatının aktuallığı tükənməyib. Ekspert birliyi bu qənaətdədir ki, formatın əsas məqsədləri olan neftin bazarda birgə tənzimlənməsi və neftin qiymətinin uzunmüddətli ucuzlaşmasının əngəllənməsi hədəfləri öz aktuallığını qorumaqda davam edir”.

“İqtisad.Org” xəbər verir ki, bu sözləri SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

O, qeyd edib ki, ehtimala görə, bəzi iştirakçılar neftin qiymətinin qısa müddətə ucuzlaşmasını məqsədəuyğun hesab edir: “Necə ki, uzaq 2014-cü ildə olduğu kimi, burada qeyri-ənənəvi neft istehsalçılarının, xüsusən sıx kollektorların neftlərinin, yəni şist neftin bazar mövqelərinə təzyiq arqumenti mövcuddur.

Çünki onlar üçün itkisizlik həddi adi neft istehsalçılarına nisbətən daha yüksəkdir. Bu əsaslandırmanı əsas götürsək, çox güman ki, neft qiymətlərinin müvəqqəti enməsindən söhbət gedə bilər.

SOCAR isə son illər qeyri-konvensional neftin hasilatına yatırımlar etməyib. Bizim investisiyalarımız əsasən Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə olub. Bu bizə biznes portfelimizi tarazlaşdırmağa və bir məhsul növündən asılılığı azaltmağa şərait yaradıb.

Beləliklə, aşağı qiymətlər səbəbindən xam neftin satışından itkilər olarsa, onda neft emalı və neft-kimya sahələrində marjanın artması ehtimalı var, çünki burada nefti qismən digər şirkətlərdən bazar qiymətinə alırıq. Beləliklə, son on ildə SOCAR əməliyyatların sabitliyinə nail olmaq və ümumi mənfəətin bir məhsul növündən asılılığını azaltmaq üçün mühüm işlər gördü.

Ümumiyyətlə, hesab edirəm ki, OPEC+ formatı aktuallığını saxlayacaq və gələcəkdə bazarın tələblərinə uyğun olaraq neft hasilatının məhdudlaşdırılması üçün ortaq kvotalar məsələsi yenidən qaldırıla bilər”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 18 yaşlı gənci tok vuraraq öldürdüZakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr veribTofiq Yaqubluya qan köçürülübQvineya prezidenti naziri küçədə döydüBeş nəfərin ölümünə səbəb olanların cinayət işi ilə bağlı yenilik varErmənistan ordusunun hərbçisi öldüTürkiyə üçün tarixi gün: koronavirus peyvəndi vurulacaqMilli Məclis bu şəxslərə maaş verəcəkBarəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşibƏli Əhmədov Tofiq Yaqubludan yazdıAzərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutulduGələn ilin dövlət büdcəsi layihəsi Hesablama Palatasına təqdim olunubBilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?Kür çayı yenə quruyur, problemlər artırHeydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olubSamir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilibVergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılırBaş Prokurorluq: Sağ qadınların ölməsi barədə sənəd hazırlayanlara cinayət işi açılıbSiyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdiYeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir?Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlamaŞamaxıda nəqliyyatda nağdsız ödənişə dair pilot layihənin icrasına başlanılıb