Kirayə mənzillərə müraciət üzrə vətəndaşlardan sənəd qəbulu başladı

Kirayə mənzillərə müraciət üzrə vətəndaşlardan sənəd qəbulu başladı
  • 11-03-2020, 00:54
  • 4 dəfə oxunub
Reklam

Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb.

"İqtisad.Org" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, gün ərzində 2 saylı Bakı “ASAN kommunal” mərkəzi və Sumqayıt “ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.

Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond ən geci 5 iş günü ərzində baxır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar “Elektron ipoteka və kredit zəmanət sistemi" (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.

Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbul tarixi və yeri barədə bildiriş göndəriləcək və SMS məlumat veriləcək. Vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün "ASAN Xidmət" mərkəzinə gəlməlidirlər.

Məlumat üçün bildiririk ki, sistem tərəfindən vətəndaşa növbə yalnız bir dəfə - müraciət anında verilir. Növbə aşağıdakı hallardan biri baş verdiyi təqdirdə dəyişir (yaxınlaşır):

- Vətəndaş müraciətindən özü imtina etdikdə;

- Tələblərə uyğun gəlmədikdə sistem tərəfindən onun müraciətindən imtina olunduqda;

- Tələblərə uyğun gəldiyi halda, mənzil seçimini həyata keçirmədikdə və ya bu seçimdən imtina etdikdə;

- Fond tərəfindən yeni mənzillər alınaraq elektron sistemə daxil edildikdə.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda vətəndaşlar Fondun ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIRusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxduAzərbaycan nefti yenidən ucuzlaşdıAvtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilərYol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklərİcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldıİcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı bəyanatSatışda kifayət qədər spirt olacaq, maska istehsalı üçün əlverişli şərait yaradılacaq - RƏSMİBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARİranda bir günə 143 nəfər koronavirusdan öldüBakıda mənzildə naməlum meyit tapıldıMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaAzərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaqAzərbaycanda yeni turizm istirahət zonaları yaradılacaqQeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib - SİYAHIİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcəkAzərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən varAzərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldıAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildiYaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıbSumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar təşkil olunub