Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək

Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək
  • 17-03-2020, 00:00
  • 2 520 dəfə oxunub
Reklam

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.

Bunu açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək: “Sabah hava şəraitinin əlverişsiz olacağını nəzərə alıb dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəaliyyəti koronavirusa görə məhdudlaşdırıldığı üçün orada vida mərasimi keçirilməyəcək. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Həmçinin martın 14-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
MN: “Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir”ABŞ-da 8,1 bal zəlzələ olub, sunami təhlükəsi var - YENİLƏNİBYeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayırHava şəraitinin küləkli olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətiBakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək -İraqda türk əsgərləri həlak olubMüharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldıDİN-də yeni TƏYİNATBakıda şok hadisə: özünü partlatdı, polislər yaralandıAlmaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər varGöyçayda “patı” alverçiləri saxlanılıb, birindən qumbara aşkarlanıbNazirlik: Müəllim olmaq istəyən bəzi namizədlərə əlavə ballar veriləcək"Taliban" hökumətin hərbi helikopterini vurduğunu açıqlayıbAzərbaycanlı gənc 5 nüfuzlu universitetə qəbul olubPrezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edibTələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıbİsmayıllıda elektron qolbaq daşıyan şəxs evdən 18 min manat pul oğurlayıbBakının Nizami rayonunda 5 küçə təmir olunubAZƏRTAC-ın keçmiş baş direktoru vəfat edibQarabağda Ermənistan hərbçisi intihar edibÖz işinin öhdəsindən layiqincə gələn Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovniki Əlövsət Şamilov.İllərdir ki, BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir