İllərdir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir

İllərdir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir
  • 18-03-2020, 13:42
  • 160 dəfə oxunub
Reklam

İllərdir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir. Yollarımızın “ürəyi”nin rahatlıqla, normal ahənglə vurması Ramiz müəllimin gözlərini güldürüb, qəlbinə bir könül xoşluğu gətirib. Yollarımızın “ömür yolu” gözəlləşdikcə, Ramiz müəllimin də yolu yaşıl işıqlı olub.

Xalqımızın çox dəyərli övladı, ağsaqqallıq missiyasını hələ cavankən qazanmış Ramiz müəllimə eli-obası həmişə öz xeyir- duasını ürəklə, səmimiyyətlə verib, yolunuz uğurlu olsun deyiblər. El duasını qazanmaqdan gözəl nə ola bilər ki?!
Hər hansı bir məmurun, bir geniş səlahiyyətli vəzifədə uzun illər çalışması bəzən qısqanclıq yaradır, bəziləri buna mənfi don geyindirib yerində saymaq kimi yanaşırlar və guya belə hallar inkişafa mane olur, ətalət yaradır.

Fikir müxtəlifliyinə təbii baxanlardanam. Ancaq, amma və lakin bu belədirmi, belə deyilmi sualına-yanaşmanı cavabsız qoyuram… Həyatını-ömrünü yollara səxavətlə pay verən, sadə, səmimi bir insanın, çiyninin üstündəki vəzifə paqonu vətəndaş sevgili ürəyinə ağırlıq salmayan bir generaldan ürəklə söhbət açmağımız həmin düşüncə sahiblərinə ən demokratik və ədalətli cavab deyilmi?!

Xalqın həyat səviyyəsinin, yaşayışının ən real görüntüsü yoldur. Hər hansı bir ölkənin iqtisadiyyatının nə vəziyyətdə olmasının ilkin göstəricisi yollarıdır. Bu yollarda olan hər cür texnikanın idarə edilməsi, sazlığı və təhlükəsizliyin təminatçısı, yola xidmət edən, fəaliyyətini yolların üstündə quran və üzərinə çox böyük məsuliyyət düşən BDYPİ-nin işini günün tələbləri səviyyəsində qurmağından birbaşa asılıdır.

Hər hansı bir nazirliyin işinin əksəriyyəti kabinetdə həll olunur. Haqqında söhbət açdığımız yolla bağlı olan işlərin sənədlərlə bağlı məsələləri BDYPİ-nin idarə otaqlarında həll olunsa da, yerdə qalan ağır olduğu qədər də məsuliyyətli bu işin taleyi “təkərlərin üstündədir”, yollardadır.

Yol haqqında ulu öndərimiz H. Əliyev cənabları çox lakonik və tutumlu bir kəlam işlədib: “ Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır”. Yolun həyat vasitəsi olduğu və həm də iqtisadiyyatı, mədəniyyəti yaşatdığını bu deyilən cümlədən daha tutarlı demək mümkün deyil.

R. Zeynalovun bu ağır zəhmət tələb edən, operativlik üzərində qurulmuş idarədə uzun illik zəhməti artıq öz bəhrəsini verib. Ölkə iqtisadiyyatının son onillikdə sürətlə güclənməsi nəticəsində yolların dünya standartları səviyyəsində çəkilişi yola məsul idarənin işinin qismən yüngülləşməsinə səbəb olub. İkitərəfli yol sisteminin qurulması yol polisinin işini ən yüksək səvyyədə qurmasına və operativliyin təminatına böyük önəm verib.

Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır. Bəzən elə olur ki, anlaşılmazlıq üzündən idarəyə müraciət edən bir vətəndaşın işi ləngiyir. Həmin vətəndaş işinin həlli üçün Ramiz müəllimə üz tutmalı olur. Belə hallarda işin müsbət həlli xoş ovqat yaradır. Ötüşən illər ərzində Ramiz müəllimin xarakterini, vətəndaşa yanaşma metodunu mənimsəyən idarə işçilərinin bir devizi budur ki, bu idarəyə müraciət edən heç bir vətəndaş narazı qalmasın.

İdarəetmənin, təşkilatçılığın öz qanunauyğunluğunun olduğu məlum məsələdir. Ramiz müəllimin rəhbərliyi və nəzarəti altında bu idarənin tabeliyində olduğu DİN-nazirliyinə narazılıq yüklü şikayət məktubu az hallarda daxil ola bilər. Belə halların olması da təbiidir. Heç şübhəsiz ki, iş olan yerdə hər hansı bir noqsanın da olması qaçılmazdır. Ancaq belə halların qarşısını almağın yeganə yolu, idarəyə müraciət edən vətəndaşlara diqqətlə, həssaslıqla və qayğıkeşliklə yanaşmaqdan başlayır. Odur ki, BDYPİ-nin əməkdaşlarının ən ümdə vəzifələrindən biri də insan amilidir.

Rəhbərlik etdiyi idarənin spesifik quruluşunu dərindən bilən, bu təşkilata üz tutanların psixoloji durumundan xəbərdar olan, yaşantılarını keçirən, böyük ürəkli insan olan Ramiz Zeynalov hüquq, polis qayda-qanunlarından kənada bir yazılmamış dədə-baba qanunlarına da yeri düşəndə əməl edir. İnsanın işi düzələndə bir könül rahatlığı qazanır. Ramiz müəllim insan sevindirməkdən zövq alan, etdiyi xeyirxahlıqdan mənən zənginləşən, özünə-vicdanına hesabat verən, qədirbilən bir “insanşunas” olmağıyla tanınan, öz intellekti ilə fərqlənən ziyalılarımızdandır desək, bu ifadəmiz daha çox yerinə düşər…

Yazımızın qəhramanı Ramiz Zeynalovun diqqət, həssaslıq tələb edən, ağır zəhmətli bir idarədə üzün illər çalışması, idarəetmənin mənəvi tərəfinin bütün incəliyinə qədər bilməsi, könül verdiyi, saç ağartdığı bir sahənin əsl mütəxəssisi və ustad bir hüquq-sistem işçisi, istedadlı bir rəhbər olduğu günümüzün faktı olub, göz qabağındakı bir həqiqətin görüntüsüdür.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb