AMEA koronavirus sözünün dəqiq mənasını və yaranma tarixini müəyyənləşdirib

AMEA koronavirus sözünün dəqiq mənasını və yaranma tarixini müəyyənləşdirib
  • 19-03-2020, 13:05
  • 4 dəfə oxunub
Reklam

"Koronavirusun adı latınca "corona” sözündən götürülmüşdür ki, bu da "tac”, "çələng” mənalarını verir. Buna səbəb virusun elektron mikroskop görüntülərində Günəş tacını xatırladan zolaqların olmasıdır".

"İqtisad.Org" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib.

Onun sözlərinə görə, bu morfologiya virus tikanının peplomerləri vasitəsilə yaranır, bu zülallar virusun səthini örtərək sahibin tropizmini təyin edir.

"Koronaviruslar 1960-cı illərdə kəşf edilib. İlk dəfə toyuqlarda yoluxucu bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılıb. Sonrakı dövrlərdə bu ailənin başqa üzvləri - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV-2 kimi formalar kəşf edilib. Yeni 2019-nCoV-2 koronavirusunu bütün viruslar arasında çempion adlandırmaq olar. Çünki koronaviruslar (+) bir zəncirli RNT genomlu viruslar arasında ən böyük genoma malikdir. Virusların sahib orqanizmdə adaptasiyası daha çox virus genomunun uzunluğundan asılıdır", - AMEA-nın vitse-prezidenti vurğulayıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək