Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır
  • 19-03-2020, 13:05
  • 4 dəfə oxunub
Reklam

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yollarının yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı və irihəcimli işlər görülməkdədir.

"İqtisad.Org" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ümumi istifadədə olan avtomobil yollarında irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.

Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Baş Dovlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən maarifləndirmə xarakterli yoxlama tədbirləri görülür.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülər aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələri agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artiq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir. .

Lakin irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulması, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranması barədə edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

Hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük ğötürmə qabiliyyətinin müəyyən edilməsi, habelə hamin zərərin ödənilməsi və aradan qaldırılması məqsədi ilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIRusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxduAzərbaycan nefti yenidən ucuzlaşdıAvtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilərYol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklərİcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldıİcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı bəyanatSatışda kifayət qədər spirt olacaq, maska istehsalı üçün əlverişli şərait yaradılacaq - RƏSMİBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARİranda bir günə 143 nəfər koronavirusdan öldüBakıda mənzildə naməlum meyit tapıldıMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaAzərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaqAzərbaycanda yeni turizm istirahət zonaları yaradılacaqQeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib - SİYAHIİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcəkAzərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən varAzərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldıAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildiYaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıbSumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar təşkil olunub