Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda Novruz bayramıdır
  • 20-03-2020, 00:00
  • 3 dəfə oxunub
Reklam

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

AMEA-nın Folklor İnstitutun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilov "İqtisad.Org"a bildirib ki, Novruz bayramının mahiyyəti ilk olaraq yazın və baharın gəlişi ilə bağlıdır:

"Novruz bayramı ilə bağlı iki əsas məsələ var: Bunlardan biri təbiət hadisəsidir, yəni yazın, baharın gəlişidir. İkincisi, qədim və orta əsrlər dövründən qalma il təqvimidir, yəni yeni ilin başlanmasıdır. Təbii ki, təqvim kimi bu, hazırda Azərbaycanda istifadə olunmur. Çünki bizdə miladi təqvimdir. Amma bu təqvimdən vaxtı ilə əsrlər boyu bizdə də istifadə olunub. Təqvim kimi təkmilləşməsi 11-ci əsrə aiddir. Təbiətlə bağlı olan hissə isə qışın bitməsi və yazın gəlişi ilə əlaqədardır. Yazın gəlişi də ən qədim zamanlardan bəri müəyyən rituallar və ənənələrlə qeyd olunur. İnsanlar qışın yola salınması və yazın qarşılanmasını müxtəlif mərasimlərlə icra ediblər".

Şöbə müdiri xatırladıb ki, Novruz bayramında gecə ilə gündüzün bərabərləşməsi prosesi baş verir və Günəş Qoç bürcünə daxil olur.

Onun sözlərinə görə, bayram kimi Novruzun tarixi çox qədimdir:

"Novruzun həm Bahar bayramı ilə birlikdə, həm də ayrıca bir tarixi var. Novruz Bahar bayramı kimi 11-ci əsrdən qeyd olunmağa başlayıb. Amma ayrıca Novruzun qeyd olunması bundan da qədim dövrə qədər gedib çıxır, hətta atəşpərəstlikdə də bu qeyd olunub".

A.Xəlilov qeyd edib ki, Novruz bayramında bir sıra ayinlər icra olunur:

"Müxtəlif mərasimlər, oyunlar həyata keçirilir. Təbiəti təcəssüm etdirən səmənilər yetişdirilir. Səməni oyanan təbiətin rəmzidir. Yumurtalar boyanır, bayram şirniyyatları və xörəkləri hazırlanır. İnsanlar bir-biri ilə bayramlaşırlar. Bundan əlavə, xoruz döyüşdürmə, qoç döyüşdürmə, papaq atma və sairə mərasimlər icra olunur. Bundan əlavə kosa-kosa oyunları var. Tonqallar üzərindən atlanma kimi oyunlar var. Bunların bəziləri inanclarla bağlı olub, amma sonradan arxaikləşib və bu gün əyləncə kimi qarşılanır".

Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIRusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxduAzərbaycan nefti yenidən ucuzlaşdıAvtoxuliqanlıqla və əxlaqsızlıqla məşğul olanlar məsuliyyətə cəlb edildilərYol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklərİcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldıİcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı bəyanatSatışda kifayət qədər spirt olacaq, maska istehsalı üçün əlverişli şərait yaradılacaq - RƏSMİBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARİranda bir günə 143 nəfər koronavirusdan öldüBakıda mənzildə naməlum meyit tapıldıMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaAzərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaqAzərbaycanda yeni turizm istirahət zonaları yaradılacaqQeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib - SİYAHIİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcəkAzərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən varAzərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldıAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildiYaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıbSumqayıt və Abşeronun ara və köməkçi yollarında postlar təşkil olunub