Cəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldı

Cəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldı
  • 1-04-2020, 22:13
  • 3 dəfə oxunub
Reklam

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "İqtisad.Org"a verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri - Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiredici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxslərin tramadol həblərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tutularaq istintaqa cəlb edilib. Onun üzərində və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd “Tramadol 200” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək